11 mart 2024 01:52
505

"Bayer" "Volfsburq"a da qalib gəldi

Almaniya Bundesliqasında 25-ci tura yekun vurulub.

“İki sahil” xəbər verir ki, son gündə 3 görüş baş tutub.

“Boxum” - “Frayburq” matçında qonaqlar, “Ayntraxt” - “Hoffenhaym” matçında isə meydan sahibləri qalib gəliblər.

Avropa Liqasının 1/8 finalında “Qarabağ”ın rəqibi olan “Bayer” də “Volfsburq”la ev oyunundan inamlı qələbə ilə ayrılıb.

Hazırda 67 xala malik “Bayer” vahid liderdir. “Bayern” 57 xalla 2-ci, “Ştutqart” 53 xalla 3-cü pillədə qərarlaşıb. Dortmund “Borussiya”sı 47, “Leypsiq” 46, “Ayntraxt” 40 xal toplayıb.

Almaniya Bundesliqası
25-ci tur
8 mart

Ştutqart – Union Berlin 2:0
Qollar: Girassi, 19. Fuhrix, 65.

9 mart

Auqsburq – Haydenhaym 1:0
Qol: Qaueleu, 22.

Borussiya (Mönxenqladbax) – Köln 3:3
Qollar: Honorat, 32. Hak, 71; 73 – Alidu, 7; 64. Dauns, 79.

Bayern – Maynts 8:1
Qollar: Keyn, 13; 45+7; 70. Qoretska, 20; 90+2. Müller, 47. Musiala, 61. Qnabri, 66 - Amiri, 31.

Leypsiq – Darmştadt 2:0
Qollar: İşervud, 3-öz qapısına. Baumqartner, 50.

Verder – Borussiya (Dortmund) 1:2
Qollar: Njinmah, 70 – Malen, 21. Sançoo, 38.

10 mart

Boxum – Frayburq 1:2
Qollar: Ordets, 62 – Eggeştayn, 36. Qreqoriç, 53.

Ayntraxt – Hoffenhaym 3:1
Qollar: Kox, 32. Ebimbe, 50. Götse, 64 – Bruks, 6.

Bayer – Volfsburq 2:0
Qollar: Tella, 37. Virts, 86.