10 mart 2024 20:00
467

“Qarabağ” - “Zirə” oyununda 4 qol

Bu gün Misli Premyer Liqasında 26-cı turu çərçivəsində “Zirə” “Qarabağ”ın qonağı olub.

“İki sahil” xəbər verir ki, qarşılaşmanın 43-cü dəqiqəsində Nəriman Axundzadə hesabı açıb. 77-ci dəqiqədə isə penaltini dəqiq yerinə yetirən Almeyda “Qarabağ”ın ikinci qolunun müəllifi olub.

79-cu dəqiqədə Meza Kolli fərqi minimuma endirsə də 81-ci dəqiqədə Diakabi yenidən ağdamlıların üstünlüyünü iki topa yüksəldib – 3-1.

Misli Premyer Liqası,

26-cı tur

10 mart (bazar)

18:00. “Qarabağ” 3–1 “Zirə”

Qollar: Nəriman Axundzadə, 43 (1:0), Almeyda, 77-pen. (2:0), Meza Kolli, 79 (2:1), Diakabi, 81 (3:1)

Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Zeynal Zeynalov, Kamal Umudlu

T.Bəhramov adına Respublika Stadionu