Bu gün Misli Premyer Liqasında 26-cı turu çərçivəsində “Turan Tovuz” “Araz-Naxçıvan”ı qəbul edib.
“İki sahil” xəbər verir ki, yarışın 78-ci dəqiqəsində hesabı açan Aleks Souza 80-ci dəqiqəsində özünün və komandasının ikinci qolunun müəllifi olub.
Qarşılaşma bu hesabla da başa çatıb – 2-0
Misli Premyer Liqası,
26-cı tur
10 mart (bazar)
15:30. “Turan Tovuz” 2–0 “Araz-Naxçıvan”
Qollar: Aleks Souza, 78, (1-0), Aleks Souza, 80, (2-0)
Hakimlər: Rəşad Əhmədov, Müslüm Əliyev, Eyyub İbrahimov, Kamranbəy Rəhimov
Tovuz şəhər stadionu