10 mart 2024 15:15
406

Mourinyo məşqçiliyə nə vaxt qayıdacaq?

"Roma"nın sabiq baş məşqçisi Joze Mourinyo yayda məşqçiliyə qayıdacaq.

“İki sahil” "Desporto ao Minuto"ya istinadən xəbər verir ki, bu barədə portuqaliyalı mütəxəssis özü məlumat verib: "Düşünürəm ki, yayda məşqçiliyə qayıdacağam. Komanda çalışdırmayanda özümü boş hiss edirəm. Amma indi növbəti iş yeri seçimində daha diqqətli olmalıyam".

Xatırladaq ki, Mourinyo 2021-ci ilin yayından “Roma”nı çalışdırıb. O, bu ilin yanvarında istefaya göndərilib.