10 mart 2024 14:09
418

Şota Arveladze istefa verdi

"Fatih Karagümrük"ün baş məşqçisi Şota Arveladze istefa verib.

"İki sahil" "NTV Spor"a istinadən xəbər verir ki, bu barədə o, Superliqada "Trabzonspor"a qarşı 1:5 hesablı məğlubiyyətdən sonra məlumat verib. 

Qeyd edək ki, Arveladze ötən ilin dekabrından komandanı çalışdırırdı.

Xatırladaq ki, "Fatih Karagümrük" ölkə çempionatında 29 xalla 17-ci pillədə qərarlaşıb.