İspaniya La Liqasında 28-ci turunun oyunlarına start verilib.
“İki sahil” xəbər verir ki, ötən gün 4 görüş keçirilib.
"Atletiko" gözlənilmədən autsayder "Kadiz"ə uduzub. Hazırda "Atletiko" turnir cədvəlində 55 xalla 4-cü, "Kadiz" isə 22 xalla 18-cidir.
Bu, "Kadiz"in son 23 oyunda ilk qələbəsi olub.
Sıralamaya 66 xalla "Real" liderlik edir (27 oyuna). "Jirona" 62 xalla 2-ci (28 oyuna), "Barselona" isə 61 xalla 3-cüdür (28 oyuna).
İspaniya La Liqası, 28-ci tur
9 mart
"Valensiya" – "Xetafe" - 1:0
Qol: Duro, 40
"Kadis" – "Atletiko" - 2:0
Qollar: Xuanmi, 24, 64.
"Qranada" – "Real Sosyedad" - 2:3
Qollar: Uzuni, 21-pen; 45+3 – Umar Sadiq, 33, Le Normand, 80, Andre Silva, 85.
"Jirona" – "Osasuna" - 2:0
Qollar: Portu, 13, Savio, 87