09 mart 2024 19:34
417

“Sabah” “Qəbələ”ni məğlun etdi

Misli Premyer Liqasının 26-cı turu çərçivəsində “Sabah” “Qəbələ”ni qəbul edib.

“İki sahil” xəbər verir ki, qarşılaşmanın 19-cu dəqiqəsində Davit Volkov  hesabı açıb. 41-ci dəqiqədə özünün və komandasının ikinci qolunu vuran D.Volkov komandasının üstünlüyünü iki töpa yüksəldib. 45+3-cü dəqiqədə isə Əyyub Allaş fərqi minimuma endirsə də Qəbələ təmsilçisinin bundan artığına gücü çatmadı. Yarış Bakı təmsilçisinin 2-1 hesablı qələbbəsi ilə yekunlaşdı.

Misli Premyer Liqası,

26-cı tur

9 mart (şənbə)

17:30. “Sabah” 2–1 “Qəbələ”

Qollar: Davit Volkov, 19 (1:0), 41 (2:0), Əyyub Allaş, 45+3 (2:1)

Hakimlər: İnqilab Məmmədov, Rəhman İmami, Şirmamed Mamedov, Əli Əliyev

“Bank Respublika Arena”