Misli Premyer Liqasının 26-cı turu çərçivəsində “Kəpəz” “Neftçi”ni qəbul edib.
“İki sahil” xəbər verir ki, qarşılaşmanın 6-cı dəqiqəsində Junior Martins hesabı açıb. 32-ci dəqiqədə Filip Ozobiç hesabı bərabərləşdirsə də 47-ci dəqiqədə Elçin Əlicanov yenidən gəncəliləri önə çıxarıb.
57-ci dəqiqədə F.Ozobiç yenidən hesabı bərabərləşdirsə də Martins Junior 62-ci dəqiqədə yenidən Meydan sahiblərini hesabda önə çıxarıb – 3-2. 77-ci dəqiqədə penaltini dəqiq yerinə yetirən F.Ozobiç üçüncü dəfə hesabı bərabərləşdirib.
Qarşılaşma bu hesabla da başa çatıb.
Misli Premyer Liqası,
26-cı tur
9 mart (şənbə)
15:00. “Kəpəz” 3–3 “Neftçi”
Qollar: Junior Martins, 6 (1:0), Filip Ozobiç, 32 (1:1), Elçin Əlicanov, Qollar: Junior Martins, 6 (1:0), Filip Ozobiç, 32 (1:1), Elçin Əlicanov, 47 (2:1), Filip Ozobiç, 57 (2:2), Martins Junior, 62 (3:2), Filip Ozobiç, 78-pen. (3:3)
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Teymur Teymurov, Nicat İsmayıllı
Tovuz şəhər stadionu