Misli Premyer Liqasında 26-cı turun oyunları davam edir.
“İki sahil” xəbər verir ki, bu gün daha 2 matç keçiriləcək. "Kəpəz" "Neftçi"ni qəbul edəcək. Görüş saat 15:00-da başlayacaq. "Qəbələ" isə "Sabah"ın qonağı olacaq. Bu qarşılaşmaya saat 17:30-da start veriləcək.
Qeyd edək ki, tura sabah keçiriləcək 2 oyunla yekun vurulacaq.
Misli Premyer Liqası,
26-cı tur
9 mart (şənbə)
15:00. “Kəpəz” – “Neftçi”
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Teymur Teymurov, Nicat İsmayıllı
Tovuz şəhər stadionu
17:30. “Sabah” – “Qəbələ”
Hakimlər: İnqilab Məmmədov, Rəhman İmami, Şirmamed Mamedov, Əli Əliyev
“Bank Respublika Arena”