09 mart 2024 01:05
443

“Qalatasaray” doğma meydanda “Rizəspor”u böyük hesabla məğlub edib

Türkiyə Superliqasında 29-cu tura start verilib.

“İki sahil” xəbər verir ki,  günün yeganə oyunu "Qalatasaray" və "Rizəspor" komandaları arasında baş tutub. Görüş İstanbul nəhənginin 6:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, "Qalatasaray" 78 xalla turnir cədvəlinə başçılıq edir. "Rizəspor" isə 39 xalla yeddinci pillədə qərarlaşıb.