07 mart 2024 22:57
348

Qərb həm təhrik edir, həm qorxudur...

ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu: Rusiyadan uzaqlaşmaq Nikol Paşinyana baha başa gələ bilər

Böyük güclərin Cənubi Qafqaz uğrunda mübarizəsinin güclənməsi fonunda Ermənistan-Rusiya münasibətləri tarixdə heç vaxt olmadığı qədər gərginləşib. Qərbin Ermənistan lideri Nikol Paşinyandan Rusiyaya qarşı fəaliyyətini gücləndirmək tələbinin nəticələri özünü artıq rəsmi İrəvanın praktiki addımlarında göstərməkdədir. Ermənistanın siyasi hakimiyyəti daha sadəcə bəyanatlar verməklə kifayətlənmir, əzəli müttəfiqini ölkədən çıxarmaq üçün hüquqi prosedurlara start verib. Bu mənada Paşinyanın “Ermənistan faktiki olaraq Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) fəaliiyətini dondurub” açıqlamasından sonra gündəmə gətirilən Rusiya sərhədçilərinin “Zvartnots” hava limanından çıxarılması tələbi proseslərin son mərhələyə qədəm qoyduğunu göstərir.

Ermənistan liderinin məlum açıqlamasından sonra hakimiyyətə yaxın dairələrdən də oxşar bəyanatlar səsləndirildi. Üstəlik bildirildi ki, Ermənistan sadəcə KTMT-də fəaliyyətini dondurmaqla kifayətlənməyə bilər və təşkilatdan çıxmaq üçün hüquqi addımların atılacağı istisna edilmir. İki ölkə arasında KTMT problemi öz həllini tapmamış bu dəfə ortaya münasibətlərə daha bir zərbə vuran “Zvartnosts” məsələsi atıldı. Martın 6-da Ermənistan

Xatırladaq ki, rusiyalı nazir sözügedən brifinqdə Ermənistanla Avropa İttifaqı arasında inkişaf edən münasibətlərdən danışarkən Ermənistana Qərbin yeni qurbanına çevrilmək təhlükəsindən çəkinməli olduğu barədə xəbərdarlıq etmişdi. Bildirmişdi ki, rəsmi İrəvan regiondan kənar ölkələrlə əməkdaşlığa üstünlük verir: “Əgər belədirsə, Ermənistan hakimiyyəti regionda olan bütün formatlar barədə qərar qəbul etməlidir. Biz Ermənistana qadağa qoya bilmərik. Amma qərarı xalq verməlidir. Bundan sonra isə Ermənistan hakimiyyəti yeni siyasət kursunu elan edə bilər. Belə bir şey bizi Ermənistanla münasibətlərə yenidən baxmağı məcbur edir.”

Bu hədənin səbəbini də, arxasında hansı mətləblərin dayandığını da təxmin etmək çətin deyil. Rusiya Türkiyə istisna olmaqla (bu istisnanı Azərbaycan-Türkiyə müttəfiqliyi və 44 günlük İkinci Qarabağ müharibəsindən sonra regionda yaranmış reallıqlar yaradır-red.) heç bir NATO ölkəsini, xüsusilə ABŞ-ı Cənubi Qafqazda görmək istəmir. Bu baxımdan Ermənistandakı hazırkı durumu NATO ilə KTMT-nin mübarizəsinin kəskinləşməsi kimi də xarakterizə etmək olar.

Qeyd edilənlərlə bağlı Rusiya tərəfindən verilən rəsmi açıqlamalar göstərir ki, “böyük qardaş” daha bundan sonra Ermənistanın nazı ilə çox oynamayacaq. Əvvəllər hər hansı narazılıq zamanı ehtiyatla davranan Rusiya indi bəzi hallarda Ermənistanın siyasi hakimiyyətini açıq mətnlə ittiham edir və hətta hədələyir. Görünür, rəsmi İrəvanın Ukrayna ilə müharibənin yaratdığı qarışıqlıqdan istifadə etməyə çalışması Rusiyanı yetərincə qəzəbləndirib. Hadisələrin bu yöndə inkişafının əsas baiskarı kimi isə Nikol Paşinyan olaraq göstərilir.

Rusiya, belə demək mümkünsə, hadisələrin hansı məcrada inkişaf etməkdə olduğunun fərqindədir. Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitəsi sədrinin birinci müavini, ermənipərəst mövqeyi ilə seçilən Konstantin Zatulin “RİA Novosti” agentliyinə bildirib ki, Ermənistan hökuməti Rusiya ilə münasibətləri nümayişkaranə şəkildə korlamaqdadır: “Onlar buna səbəb axtarır, bir addım digərinin ardınca gəlir və bu, onların siyasətinə uyğundur. Düşünürəm ki, məsələ "Zvartnots”la məhdudlaşmayacaq. İndi nə deyirlərsə desinlər, yavaş-yavaş bizim xəbərdarlıq etdiyimizi, yəni KTMT-dən çıxmağı həyata keçirirlər, sonra da Gümrüdəki Rusiya hərbi bazasının çıxarılması məsələsini qaldıracaqlar.”

Göründüyü kimi, Rusiya Cənubi Qafqazdakı əzəli müttəfiqinin vasitəsilə ona qarşı qurulmuş planlardan xəbərsiz deyil. Bəs rəsmi Moskvanın cavabı nə ola bilər? Qərbə meyillənən Ermənistanı nələr gözləyir?

Sergey Lavrovun hədə dolu bəyanatındakı “biz Ermənistana qadağa qoya bilmərik, amma qərarı xalq verməlidir” fikirləri sualların cavabı ilə bağlı çox şeyi ifadə edir. Hər bir halda dəqiqdir ki, Rusiya Ermənistanın xəyanətini bağışlamayacaq. Yeri gəlmişkən, ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu da Rusiyadan uzaqlaşmağın Ermənistanın baş naziri Nikol Paşinyana baha başa gələ biləcəyi barədə xəbərdarlıq edib. Məlumatda bildirilir ki, Paşinyan Rusiyanı qıcıqlandırmağa çalışır, bu isə ağır nəticələrə səbəb ola bilər.

Ermənistanın Qərbə meyillənməsinin Paşinyan üçün ağır nəticələr səbəb ola biləcəyi xəbərdarlığı da elə Qərbin özündən gəlir. Hadisələrin bu yöndə inkişafı Ermənistan üçün təhlükəli ssenarilərin mümkünlüyündən xəbər verir. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın mövzu ilə bağlı açıqlamasında dediyi kimi, Kiyevə də etibarlı gələcək vəd edilmişdi, lakin...

Mahir Rəsuloğlu, “İki sahil”