07 mart 2024 15:11
345

Qanunvericilik təşəbbüsləri

Qanunvericilik təşəbbüsü hüququ (qanun layihələrini və başqa məsələləri Milli Məclisin müzakirəsinə təqdim etmək hüququ) Milli Məclisin deputatlarına, Prezidentə, Ali Məhkəməyə, Azərbaycan Respublikasının seçki hüququ olan 40 min vətəndaşına, Prokurorluğa və Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə mənsubdur.  Qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisin müzakirəsinə verilmiş qanun və ya qərar layihələri müzakirəyə təqdim olunmuş şəkildə çıxarılır və iki ay ərzində səsə qoyulur. Belə qanun və ya qərar layihələrində dəyişikliklər qanunvericilik təşəbbüsü hüququndan istifadə edən subyektin razılığı ilə edilə bilər. Qanun və ya qərar layihəsi təcili elan edibsə, bu müddət 20 gün təşkil edir.

Azərbaycan Respublikasının seçki hüququ olan 40 min vətəndaşının qanunvericilik təşəbbüsü hüququndan istifadə etməsi qaydası qanunla müəyyən edilir. Qanun və qərar layihələri əsaslandırılmalı və onların qəbul edilməsinin məqsədləri göstərilməlidir.

Qanunlar qəbul edildiyi gündən 14 gün müddətində Prezidentə imzalanmaq üçün təqdim edilir. Təcili elan olunan qanun layihəsi Prezidentə imzalanmaq üçün qəbul edildiyi gündən 24 saat ərzində təqdim edilir.

Azərbaycan Respublikasının Prezidenti qanunları ona təqdim olunmuş gündən başlayaraq 56 gün ərzində imzalayır. Qanun Prezidentin etirazını doğurursa, o, qanunu imzalamayıb öz etirazları ilə birlikdə göstərilən müddət ərzində Milli Məclisə qaytara bilər. Konstitusiya qanunları Prezident tərəfindən imzalanmazsa, qüvvəyə minmir. Milli Məclis 83 səs çoxluğu ilə qəbul edilən qanunları 95 səs çoxluğu ilə, 63 səs çoxluğu ilə qəbul edilən qanunları isə 83 səs çoxluğu ilə yenidən qəbul edirsə, belə qanunlar təkrar səsvermədən sonra qüvvəyə minir.

Azərbaycan xalqı özünün çoxəsrlik dövlətçilik ənənələrini davam etdirərək, “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktında əks olunan prinsipləri əsas götürərək, bütün cəmiyyətin və hər kəsin firavanlığının təmin edilməsini arzulayaraq, ədalətin, azadlığın və təhlükəsizliyin bərqərar edilməsini istəyərək, keçmiş, indiki və gələcək nəsillər qarşısında öz məsuliyyətini anlayaraq, suveren hüququndan istifadə edərək, təntənəli surətdə aşağıdakı niyyətlərini bəyan edir:

- Azərbaycan dövlətinin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq;

- Konstitusiya çərçivəsində demokratik quruluşa təminat vermək;

- vətəndaş cəmiyyətinin bərqərar edilməsinə nail olmaq;

- xalqın iradəsinin ifadəsi kimi qanunların aliliyini təmin edən hüquqi, dünyəvi dövlət qurmaq;

- ədalətli iqtisadi və sosial qaydalara uyğun olaraq hamının layiqli həyat səviyyəsini təmin etmək;

- ümumbəşəri dəyərlərə sadiq olaraq bütün dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşamaq və bu məqsədlə qarşılıqlı fəaliyyət göstərmək.

Yuxarıda sadalanan ülvi niyyətlərlə ümumxalq sәsvermәsi - referendum yolu ilə bu Konstitusiya qəbul edilir.

Azərbaycan Respublikası Milli Məclisinin normativ hüquqi aktları qanunlar formasında qəbul edilir. Azərbaycan Respublikası Prezidentinin normativ hüquqi aktları fərman formasında qəbul edilir. Azərbaycan Respublikasının Nazirlər Kabineti Konstitusiya və Prezidentin aktları əsasında və onların icrası məqsədi ilə qərarlar formasında normativ hüquqi aktlar qəbul edir. Mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktları qərarlar formasında qəbul edilir. 

Müəyyən edilmiş qaydada təqdim edilmiş normativ hüquqi aktın layihəsinə normayaratma orqanı tərəfindən baxılmalıdır. Normayaratma orqanı normativ hüquqi aktın layihəsinə baxdıqdan sonra aşağıdakılardan birini edə bilər:

normativ hüquqi aktın layihəsinin bəyənilməsi və qəbul edilməsi;

əsaslar və səbəblər göstərilməklə layihənin rədd edilməsi;

normativ hüquqi aktın layihəsinin qəbul edilməsinin müəyyən müddətə təxirə salınması;

irad və təkliflər göstərilməklə layihənin yenidən işlənilmək üçün qaytarılması.


Milli Məclisdə hökumətlərarası müqavilələrin təsdiq və ləğv edilməsi barədə qanun layihələrinə bir oxunuşda, digər qanun layihələrinə isə üç oxunuşda baxılır.  Normayaratma təşəbbüsünün subyekti təqdim etdiyi normativ hüquqi aktın layihəsini, zərurət olduqda, həmin layihə qəbul edilənədək geri çağırmaq hüququna malikdir. Qanunvericilik təşəbbüsü hüququnun subyekti Milli Məclisin müzakirəsinə təqdim etdiyi qanun layihəsini onun yekun oxunuşda baxılmasına qədər geri çağırmaq hüququna malikdir. Normativ hüquqi akt ona baxılmasından sonra normayaratma orqanı tərəfindən müvafiq normativ hüquqi aktlarla müəyyən edilmiş prosedura əməl edilməklə qəbul edilir. Qanunvericilik təşəbbüsü hüququnun subyekti və ya onun səlahiyyətli nümayəndəsi Milli Məclisdə layihə üzərində aparılan işdə iştirak etmək hüququna malikdir.

Qanunların imzalanması üzrə prosedur yuxarıda göstərilmişdir. Digər normativ hüquqi aktların rəsmi imzalanması aşağıdakılar tərəfindən həyata keçirilir:

Fərmanlar – Azərbaycan Respublikasının Prezidenti

Nazirlər Kabinetinin qərarları – Azərbaycan Respublikasının Baş naziri

digər normativ hüquqi aktlar – aktı qəbul edən orqanın rəhbəri

Kəmalə Ağalarova,
Heydər Əliyev adına liseyin Tarix müəllimi,
YAP Xətai rayon təşkilatının üzvü