07 mart 2024 16:08
377

Demokratik ənənələrin dərinləşməsinə xidmət edən təcrübə

Azərbaycan Respublikasında daha bir seçki marafonunu - Prezident  seçkilərini geridə qoyduq. Xalq öz seçimini etdi,torpaqlarımızın mənfur düşməndən azad olunmasında tarixi xidmət göstərmiş  İlham Əliyevi yenidən Azərbaycan Respublikasının  prezidenti seçmiş oldu. Xalğımızın iştirak etdiyi hər bir seçki  yeni təcrübə,vətəndaş cəmiyyəti quruculuğunda müəyyən addım deməkdir. Ümumimiyyətlə seçki hüququ insanın ən vacib və ən əsas hüquqlarından biridir və onun nə dərəcədə dolğun,ədalətli həyata keçirilməsi cəmiyyətdə demokratiyanın,qanuçuluğun,hüquqi dövlət quruculuğunun bərqərar olması ilə sıx bağlıdır.

Təsadüfi deyil ki, Azərbaycan Respublkasının Konstitusiyasında demokratik idarəetmənin ən vacib prinsipi-hakimiyyətin bölünməsi prinsipi öz əksini tapır ki, onun da reallaşmasına  seçkilər yolu ilə,eyni zamanda seçki mədəniyyətinin formalaşması  yolu ilə çatmaq mümkündür.Prezident seçkilərindən sonra qarşıda daha bir mühüm  seçki –parlament seçkiləri gəlir. Sonuncu 2020-ci il fefralın 9-da keçirilmiş VI çağırış parlament seçkiləri də dövlətin tarixində, xalqın yaddaşında mühüm bir hadisə kimi qaldı. Bu seçkilərin yaddaqalan xüsusiyyətlərindən biri onun da növbədənkənar seçki kimi tarixmizə düşməsi və 1300-dən çox namizədin iştirak etməsi idi. Azərbaycan müstəqillik əldə etdiyi dönəmdən bəri xalqımız bir çox seçkilərin şahidi və iştirakçısı omuşdur.Heç də demək olmaz ki,seçkilərdə hər şey yerli-yerində olmuş,qanunsuzluqlar,problemlər olmamışdır.Təbii ki,insan amili varsa orda əyintilər,qüsurlar olacaqdır. Bunu VI çağırış Milli Məclisin ilk iclasında Prezident öz çixişinda bir daha  də vurğulayırdı.Ancaq Milli Məclisdə prezident İ.Əliyev həm də çıxışında beynəlxalq təşkilatların bu məsələ ilə bağlı ədalətsiz mövqeyini  ictimaiyyətin diqqətnə çatdırmışdır. O deyirdi:”ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun son dövrdəki  bəyanatları və seçkilərə verdiyi qiymət bir daha onların nə dərəcədə obyektiv,qərəzli olmasını göstərir .”Bununla bərabər Prezident  yeni  formalaşan parlamenti “demokratiyanın inkişafında önəmli addım” adlandıraraq siyasi qüvvələrin daloqu ,əməkdaşlığı ,münasibətləri sağlam  zəmində gücləndirmək baxımından da öz sözünü deyəcək bir parlament olacağına ümidini ifadə edirdi.O çıxışı zamanı Milli Məclisin cəmiiyətin demokratikləşməsində,ədalətli qanunvericilik bazasının yaradılmasında çox böyük məsuliyyət düşdüyünü vurğulayırdı.Aydındır ki,müasir dövrdə demokratiya  dedikdə əsasən xalq hakimiyyətinə əsaslanan idarəetmə forması nəzərdə tutulur.Daha geniş mənada demokratiya cəmiyətdə  vətəndaşların müəyyən dəyərlər sisteminə və dünyagörüşünə əsaslanan,ictimai quruluşu və vətənədaş münasibətlərini ədalətlə tənzimləyən norma və prinsiplər məcmusudur. Qanunun aliliyi,xalqın suverenliyi,azad və ədalətli seçkilər,hüquq bərabərliyi,Konstitusiya nəzarəti-bütün bunlar demokratiyanın totalitar sistemlərdən fərqli və üstün cəhətləridir.Onların reallaşması isə ədalətli idarəçilik,demokratik dəyərlərin  qorunması,qanununçuluq bazasın möhkəmliyi qanunun aliliyi ilə mümkündür.İlham Əliyevin dediyi sözlər də bir daha  bunların xatırladılması idi:”Əgər kimsə dövlət idarəçiliyində işləmək istəyirsə onun niyyəti,əməlləri də təmiz olmalıdır.Əgər hansısa bir adam özündə bu xüsusiyyətləri görmürsə,o dövlət işindən getsin”.

Bir gül ilə bahar olmadığı kimi heç də qanunların qəbulu ilə də iş bitmiş hesab olunmamalıdır.Əgər qəbul olunan qanunlar işləməyəcəksə onların qəbul olunmasının heç bir əhəmiyyəti olmayacaqdır.Prezidentin çıxışına diqqət edək:”Hesab edirəm ki,seçkilərdən sonrakı proseslər müsbət istiqamətdə inkişaf edəcək...Mənim tövsiyyəm ondan ibarətdir ki,nəinki kəmiyyətə,daha çox keyfiyyətə fikir verilsin.İcra orqanlarına mənim tərəfimdən göstəriş verilmişidir ki, qəbul olunmuş qanunların icrası nə yerdədir.Biz  çox gözəl qanunlar qəbul edirik..Ancaq onların icrasına nəzarət lazımı səviyyədə deyil.”Beləliklə. Azərbaycanın siyasi xətti,gedəcəyimiz yol,atacağımız addım hər kəs üçün aydın olmalıdır.Bu yolda demokratiya,islahatar,sosial yönümlü qanunlar,hüquq bərabərliyi ön sıralarda yer tutmalıdır.

Yaşadığımız mürəkkəb dövrün problemlərinə baxmayaraq Azərbaycan bu problemlərdən baş çıxara biləcək kifayət qədər imkanlara-siyasi iradəyə,zəngin təbii sərvətlərə,ixtisasli kadrlara malik dövlətdir.Qarşıda daha dayanıqlı və səmərəli iqtisadiyyatın və idarəetmənin yaradılması durur.Prezidentin də qeyd etdiyi kimi yeni mərhələnin başlanşıcı olacaq bu  dövr çox ümid edirik ki,demokratiyanın dərinləşməsinə xidmət edəcək uğurlu bir dövr olacaqdır.

Şahbaba Rəsulov,
Heydər Əliyev adına liseyin tarix müəllimi,
YAP Xətai rayon təşkilatının üzvü