06 mart 2024 15:56
574

Cənub Qaz Dəhlizi Avrasiyanın enerji xəritəsini yenidən dizayn edən dünya miqyaslı infrastruktur layihəsidir

XXI əsr müxtəlif siyasi və iqtisadi hadisələrin zamanı kimi tarixləşməkdədir. Belə transmilli  tarixi və ədalətli layihələrdən biri də Cənub Qaz Dəhlizidir. Bu sıradan Cənub Qaz Dəhlizi əhəmiyyətlidir. Azərbaycan bu məsələlərə özəl siyasi dəstəyi ilə tanınır. Bunun məntiqi nəticəsidir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə Bakıda müxtəlif miqyaslı toplantılar keçirilir, müzakirələr aparılır. Ən mühüm məsələlərdən biri hesab olunan Cənub Qaz Dəhlizi layihəsi ilə əlaqədar çoxlu müxtəlif ideyalar mövcud idi. Nikbin düşünənlər də, bədbin düşünənlər də var idi. Həmçinin elələri də var idi ki, düşünürdülər, biz bunu həyata keçirə bilməyəcəyik. Öncəliklə qeyd etmək lazımdır ki, əsrimizin ən böyük layihələrindən biri olan Cənub Qaz Dəh­lizi dörd seqmentdən – “Şahdəniz Mər­hələ-II”, Cənubi Qafqaz Boru Kəməri, TANAP və TAP qaz boru kəmərlərindən ibarətdir. Prezident İlham Əliyevin təşəb­büsü ilə yaradılan Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlə­rin toplantısına hər dəfə Azərbaycan Respublikası ev sahibliyi edir. Bu isə ölkəmizin layihədə aparıcı rolunu təsdiqləyən mühüm amil­lərdən biridir.

"Cənub Qaz Dəhlizi"nin əsas məqsədi “Şahdəniz” qaz-kondensat yatağının istismarının ikinci mərhələsi zamanı hasil edilən təbii qazın genişləndirilmiş Cənubi Qafqaz Boru Kəməri, TANAP və TAP vasitəsilə Türkiyəyə və Cənubi Avropaya ixracını təmin etməkdir “Şahdəniz” layihəsinin tammiqyaslı işlənilməsinin 2-ci mərhələsi olan “Şahdəniz Mərhələ 2” layihəsi Azərbaycan qazını Avropa və Türkiyəyə çatdıran nəhəng bir layihə olmaqla, Cənub Qaz Dəhlizi vasitəsilə Avropa bazarlarına qaz təchiz etməklə, qazın təchiz edildiyi region və ölkələrin enerji təhlükəsizliyini artırır.

“Cənub Qaz Dəhlizi”  layihəsinin əsas elementləri “Şahdəniz” qaz-kondensat yatağının tammiqyaslı işlənilməsi, Cənubi Qafqaz Boru Kəmərinin genişlənməsi (CQBKG) layihəsi, Trans-Anadolu Boru Kəməri (TANAP) layihəsi, Trans-Adriatik Boru Kəməri (TAP) layihəsidir.

2011-ci ildə Avropa Komissiyası və Azərbaycan Xəzərdən Avropaya birbaşa qaz nəql edən marşrutların yaradılmasını dəstəkləyən Birgə Bəyanat imzalanıb. Birgə Bəyanat TANAP və TAP-la bağlı Hökumətlərarası Sazişlərlə birlikdə uzunmüddətli qaz satış müqavilələri üçün zəmin yaradıb.

2012-ci il iyunun 27-də Azərbaycan  Respublikasının Prezidenti İlham Əliyevlə Türkiyənin Baş naziri Rəcəp Tayyip Ərdoğan  tərəfindən imzalanmış müqavilə ilə başlanıb. 2014-cü il sentyabrın 20-də “Cənub Qaz Dəhlizi”nin təməli qoyulub. Öz miqyasına və iqtisadi önəminə görə XXI əsrin layihəsi adlandırılan Cənub Qaz Dəhlizi Azərbaycanın Xəzərdə yerləşən “Şahdəniz” yatağının ehtiyatlarının işlənməsinə və istehlakçı dövlətlərə nəqlinə hesablanıb. Cənub Qaz Dəhlizi üç boru kəmərindən ibarət inteqrasiya edilmiş boru kəmərləri sistemidir - Cənubi Qafqaz boru kəməri 17 mart 2015-ci ildə Türkiyənin Qars şəhərində TANAP-ın təməlqoyma mərasimi keçirilib, 2016-cı il mayın 17-də Yunanıstanın Saloniki şəhərində TAP-ın təməlqoyma mərasimi keçirilib Trans-Adriatik (TAP) boru kəməri İtaliyaya qədər uzanır. Cənub Qaz Dəhlizi kifayət qədər mürəkkəb texniki infrastrukturdur. Onun bir hissəsi hündür dağlardan, bir hissəsi isə dənizin dibindən keçir. 29 may 2018-ci il tarixində Bakıda “Cənub Qaz Dəhlizi”nin, 12 iyun 2018-ci il tarixində isə Əskişəhərdə bu dəhlizin mühüm hissəsi olan Trans-Anadolu (TANAP) qaz boru kəmərinin açılışı olub. 30 iyun 2018-ci ildə ilk kommersiya qazının Trans-Anadolu (TANAP) boru kəməri ilə Türkiyəyə nəqlinə başlanılıb. 30 noyabr  2019-cu ildə TANAP-ın Avropa ilə birləşən hissəsinin açılış mərasimi keçirilib. Azərbaycan təbii qazının 31 dekabr 2020-ci ildə TAP vasitəsilə Avropa bazarına tədarükünə başlanılıb. Həmin dövrdən etibarən üç ildən çoxdur ki,  Azərbaycan Türkiyə və Gürcüstanla yanaşı, Avropaya da qaz ixrac edən ölkəyə çevrilib

Cənub Qaz Dəhlizi Avropanı Xəzər dənizi ilə bağlayan, Avrasiyanın enerji xəritəsini yenidən dizayn edən dünya miqyaslı infrastruktur layihəsidir. İlkin mərhələdə 7 dövləti birləşdirən bu layihədə bu gün 18 dövlət, 19 beynəlxalq şirkət və 5 qlobal maliyyə təsisatları iştirak edir. Maliyyə tutumu 33 milyard dollar olan Cənub Qaz Dəhlizi bundan sonra uzun illər Avropanın enerji təhlükəsizliyini təmin edəcək, Xəzər dənizinin karbohidrogen ehtiyatlarının nəqlini həyata keçirəcək, bölgəyə və ölkələrə sabitlik, inkişaf, əməkdaşlıq və rifah gətirəcək. Bu layihədən isə daha çox qazanan Azərbaycan dövləti və xalqı olacaq. Çünki üçüncü tərəflərin gələcəkdə Cənub Qaz Dəhlizinə daxil olması Azərbaycanın gəlirlərinin daha da artmasına, ölkəmiz üçün əlavə dəyərin yaradılmasına imkan verəcək.

Prezident İlham Əliyev martın 1-də Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasları zamanı “Euronews” televiziyasına verdiyi müsahibədə deyib ki, Cənub Qaz Dəhlizi layihəsi ilə əlaqədar çoxlu müxtəlif ideyalar var idi: “Nikbin düşünənlər də, bədbin düşünənlər də var idi. Həmçinin elələri də var idi ki, düşünürdülər, biz bunu həyata keçirə bilməyəcəyik”. Bu layihə vasitəsi ilə Azərbaycanın Avropaya kommersiya məqsədli qazının nəqli mühüm tarixi hadisədir. Cənub Qaz Dəhlizi Azərbaycanın qaz ixracı və Yaşıl Enerji Məşvərət Şurası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci ildə fəaliyyəti haqqın­da hesabatına görə, ötən il Cənub Qaz Dəhlizi vasitəsilə ümumilikdə 21 milyard kubmetr, o cümlədən Avropaya 11,4 milyard kubmetr qaz ixrac edilib. Həmin dövrdə, həmçinin Azərbaycan ilə Avropa İttifaqı arasında energetika sahəsində strateji tərəfdaşlıq haqqında Memorandumuna əsasən, 2027-ci ilədək TANAP-la qaz nəqlinin indiki 16 milyard kubmetrdən 31 milyard kubmetrə, TAP-la isə 11 milyard kubmetrdən 20 milyard kubmetrə çatdırılması nəzərdə tutulub. Bütün bunlar Avropanın qaz bazarında Azərbaycanın rolunun artırılması məqsə­dini şərtləndirib. Bütün bu sadalananlar Azərbaycanda neft-qaz sektorunun gündən-günə inkişaf etməsinin səciyyəsidir.

Mart 1-də Bakıda “Gülüstan” sarayının Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasının işi “Cənub Qaz Dəhlizi və Yaşıl Enerji Məşvərət Şurası gələcəyə baxış və “COP29 fonunda yaşıl enerji sessiyası: Bərpaolunan enerjin inimkanlarıdan istifadə” öz növbəsində bu ölkələr üçün hazır infrastrukturdur və əlverişli perspektivlər yaradır.

Bəhriyyə Rüstəmova,
Xətai rayonu, 221 saylı tam orta məktəbinin tarix müəllimi,
YAP Xətai rayon təşkilatının üzvü