01 oktyabr 2024 00:58
79

Qəhrəmanlar yetişdirir bu torpaq...

Qələbəyə təşnə əsgər və zabitlərimiz dörd il əvvəl bu günlərdə canları, qanları bahasına tarix yazdılar

Fateh Çingiz Xan demişdi: “Türklər savaşmağa başlayarsa, şeytanı cəhənnəmdə əsir götürər.” Ondan 600 il sonra imperator Napoleon Bonapart isə türklərin döyüşkənliyini belə ifadə etmişdi: “Mənə tüklərdən ibarət bir ordu verin, bütün dünyanı əsir alım.” Bizim ulu babalarımız dünyada belə ad qoyublar. Ancaq XIX əsrin əvvəllərində xanlıqlara parçalanmış Azərbaycan dövləti zəiflədi. Bundan istifadə edən Rusiya və İran ölkəmizi işğal edərək öz təsir dairələrində saxladılar. Sonrakı onilliklərdə Rusiya imperiyası ərazilərimizi zorla alıb ermənilərə verdi. 1988-ci ildə isə sonuncu  planında isə Qarabağın da alınıb Ermənistana verilməsi vardı.

İki yüz il boynumuzda qalan utanc yükünü nəhayət, dörd il əvvəl ata bildik, ərazilərimizin işğallarını dayandırdıq, xalqımızın şərəfini özünə qaytardıq. Əlbəttə, bu, asan başa gəlmədi. Amma bizim işimiz nə vaxt asan olmuşdu ki! Hayları silahlandırıb üstümüzə qısqırdan Rusiya çarları, sonra bolşeviklər, onlardan geri qalmayan bəzi dövlətlər Azərbaycan ərazilərinin işğalı üçün onlara plan cızır, arxalarında dururdular. Birləşmiş düşmənlərimiz bizim üçün əlverişsiz məqamlardan istifadə edir, yurdsuz-yuvasız və əsilsiz hayların sayını torpağımızda artırmaq üçün əllərindən gələni edirdilər. Bu şər qüvvələri bizi torpaq itkimizlə barışmağa çağırır, alınmadıqda dözməyə məcbur edirdilər. Zəif və əsarət altında altında olsaq da Vətənin azadlığını heç vaxt unutmadıq, unutmaq haqqımız da yox idi. Müqəddəs torpağı yaddan yalnız namərdlər çıxarar. Haylar kimi. Onlar ata-baba yurdlarını, haradan gəlib haraya getdiklərini belə bilməyən sərgərdan toplumdur. Bizim ərazilərimizə də rus çarlarının və bolşevik hakimiyyətinin işğal planları nəticəsində sahib olublar.

Azərbaycan xalqına ölüncə minnətdar olmalı olan haylar əvəzində əllərinə fürsət düşdükcə ərazilərimizi işğal edib onlara bağışlanmış ərazilərə qatırdılar. 1988-ci ildə Sovet İttifaqının rəhbəri, xalqlar cəlladı Mixail Qorbaçovun başçılığı ilə Kremldə hazırlanan ssenariyə görə haylara növbəti "bəxşiş" Qarabağ oldu. Ermənistan silahlı qüvvələri bu bölgəmizi otuz il müddətində çapıb-taladı, apara bilmədiklərini isə dağıtdılar, yandırdılar. Dünyada pozğun arvadlar kimi pis ad qazanan ermənilər torpaqlarımızda adlarına layiq işlərlə məşğil oldular.

Haylar onlara çanaq tutanlara birləşib Qarabağımızın səmasında qarğa-quzğun kimi dolaşırdılar. Açıq-gizli dəstəkçiləri isə bizi gah qorxudur, gah da dulə tutub məğlubiyyəti həzm etməyə, dözməyə, sonda Qarabağı unutdurmağa çalışırdılar. Ancaq Ulu Öndərimiz Heydər Əliyevin siyasi kursunu ləyaqətlə davam etdirən Prezident İlham Əliyev dövlət rəhbərləri ilə görüşlərində, qəbullarında və beynəlxalq tribunalarda hamıya açıq şəkildə bildirdi ki, Azərbaycan öz doğma torpaqlarını heç kimə bağışlamayacaq, ərazisində ikinci hay dövləti qondarılmasına razı olmayacaq. O vaxtlar düşkün əhval-ruhiyyəyə qapılmış bəziləri “Qarabağ getdi” deyib köks ötürürdülər. Minsk qrupu həmsədrlərinin hər dəfə boşuna etdiyi səfərlər bu fikri bir az dərinlşdirirdi. Ancaq Prezidentimiz, Ali Baş Komandan İlham Əliyev belə düşünmür, iqtisadiyyatı və ordunu gücləndirirdi. Eyni zamanda, Ermənistanın ətrafında olan dövlətləri neft müqavilələri ilə neytrallaşdırırdı.

Bu Zəfərə aparan yolun xəritəsini cızan,  addım-addım irəli gedən, bütün qüvvələri 27 Sentyabr üçün toparlayan Ali Baş Komandanımız əbədi alqışa layiqdir. O vaxt bəziləri aydın görürdü ki, dövlət başçımız heç nəyi gözardı etmirmiş, heç bir nüansı buraxmırmış, ən xırda detal belə onun yaddaşına iz salırmış. Nə Koçaryan kimi qatilin Heydər Əliyev kimi nəhəngin qarşısında “qalib duruşunu”, nə “Qarabağ heç vaxt müstəqil Azərbaycanın tərkibində olmayıb” lovğalığını, nə erməni siyasilərin ədalarını, nə Paşinyanın Şuşada rəqsini, Cəbrayıla yol çəkmək istəyini... O jestləri, o davranışları ki, torpağımızda durub “biz güclə torpaq almışıq, cəsarətiniz varsa, gəlin, savaşın, alın” kimi açıq meydan oxumaları...Belə məqamlarda ulu babamız Bilgə Xaqan demişdi: “Ey türk, kükrə özünə dön, sən özünə dönəndə böyük olursan!”

Nəhayət, 27 sentyabr günü müharibə başlayanda Azərbaycanda sanki toy-bayram idi. Hamı 30 il idi ki, bu günü gözləyirdi. Ahılından tutmuş yeniyetməsinə qədər bütün xalq ayaqda idi və müharibəyə can atırdı. Bir faktı göstərək ki, bizim 100 minlik ordumuzda bir nəfər də fərarilik etmədi. 80 minik Ermənistan ordusunda isə 11 min nəfər müharibədən qaçıb fərarilik etdi. Hələ orasını demirik ki, rüşvət verib xarici ölkələrə qaçanlar da az deyildi. Yəni, həmişə qorxaq və namərd kimi tanınan ermənilərin olan-qalan heysiyyatları ayaqlar altına düşdü.

Sentyabrın 27-də xalqımız ulu babamızın vəsiyyət etdiyi kimi, hamı Ali Baş Komandanın ətrafında bir yumruqtək biləşərək zərbəsini düşmənin başına endirdi. O günlər tariximizdə əsl birlik və qəhrəmanlıq günləri idi. Hamı səfərbərlik xidməlinin binalarının qarşısında toplaşır, könüllü olaraq döyüşə getmək istədiklərini bildirirdilər. Xalqımız öz rəhbərinin arxasında möhkəm dayandı. Qarabağ Müharibəsinin Qəhrəmanları Orxanlar, Mikayıllar, Yaşarlar, Fəridlər, Babəklər, Cəbrayıllar, Xudayarlar və digər saysız-hesabsız igidlərimiz düşmənə qan uddurdular, torpağın azadlığı uğrunda öz müqəddəs qanlarını və canlarını belə əsirgəmədilər. Qanlı döyüşlərin getdiyi günlərdə siyasi meydanda bizə qarşı çıxan bədxah xarici jurnalistlərə dərs verən Prezidentimiz işğalçıların ipini tutanlara da öz həddini göstərdi. Onun kəsərli cavabları hamımızın qəlbini qürur hissi ilə doldurdu.

Azərbaycan xalqının qürurunu, ləyaqətini, mənliyini, milli şərəfini özünə qaytaran, Xocalının, Qaradağlının, Cəmillinin, Ağdabanın... qisasını alan, Qarabağımızı düşmən işğalından azad edən sarsılmaz xalq-iqtidar birliyi var olsun!

Vəli İlyasov, “İki sahil”