05 mart 2024 18:31
371

Sözümüz imzamız qədər dəyərlidir

Bu gün ölkəmiz rəqabətədavamlı iqtisadiyyatı, sosial ədaləti və innovasiyaları əhatə edən iddialı milli prioritetləri ilə müəyyən edilmiş yeni strategiya formalaşdırmışdır. Bu prioritetlər arasında regionun o cümlədən digər dünya ölkələrinin enerji təhlükəsizliyi isitqamətində apardığı işlərdə birincilərdən olmaq bu sahəyə töhfələr vermək əsas istiqamət olmaqdadır. Bu baxımdan Azərbaycan Cənubi Qafqazın yeganə ölkəsidir ki, zəngin karbohidrogen ehtiyatlarına, inkişaf etmiş yanacaq-energetika infrastrukturuna və özünü tam təmin edən enerji sisteminə malikdir. Ölkənin təkcə milli və regional səviyyədə deyil, həm də dünya enerji sistemində getdikcə həlledici gecə çevrilməsi, transmilli enerji bazarlarında özünəməxsus yer tutması və Avropanın enerji təhlükəsizliyində fəal iştirakı onun regional və geoiqtisadi mövqeyinin möhkəmlənməsinə xüsusi təsir göstərməkdədir.

Azərbaycanın enerji təhlükəsizliyi siyasətinin əsasları, onun təmin olunması prinsipləri öz əksini “Əsrin müqaviləsi”nin imzalanması ilə başlanan və 1994-cü ildən həyata keçirilən yeni neft strategiyasında tapmışdır.  Azərbaycanın enerji təhlükəsizliyinin təmin olunması məqsədilə son illərdə ölkə daxilində bir sıra təşkilati-texnoloji tədbirlər həyata keçirilmiş və bu gün də keçirilməkdədir. Onların sırasına yanacaq-enerji kompleksinin texnoloji bazasının və infrastrukturların modernləşdirilməsi, yanacaq-enerji ehtiyatlarının mənimsənilməsi və istismarının dünya standartları səviyyəsinə qaldırılması, neft-qaz istehsalının ekoloji təmizliyinin və iqtisadi səmərəliliyinin artırılması və s. daxildir. 

Enerji təhlükəsizliyini təmin etmək üçün ötən illərdə Azərbaycan hökuməti həm də xarici siyasət sahəsində, transmilli və regional aləmlə sistemli iş aparmış, bu istiqamətdə aşağıdakı əsas tədbirləri həyata keçirmişdir:

Azərbaycanın transmilli dünya ilə enerji tərəfdaşlığı münasibətlərinin yaradılması 2006-cı ilin noyabrında Brüsseldə “Azərbaycan Respublikası ilə Avropa Birliyi arasında enerji məsələləri üzrə strateji tərəfdaşlığa dair Anlaşma Memorandumu”nun imzalanması həm Azərbaycanın, həm də Avropa Birliyi ölkələrinin enerji təhlükəsizliyinə mühüm töhfə oldu. 2007-ci ilin may ayında Krakov şəhərində təşkil olunmuş enerji sammiti bu sahənin təhlükəsizlik məsələlərinin Avropa üçün getdikcə daha qlobal səciyyə daşıdığını, mühüm geosiyasi reallıqlarla şərtləndiyini növbəti dəfə təsdiqlədi.  Bütün bu ötən illər ərzində davam etdirilən genişmiqyaslı əməkdaşlıqlar günümüzdə ölkəmizə artan maraqlar və münasibətlər çərçivəsində möhkəmləndi.

Heç də təsadüfi deyilki  Prezident İlham Əliyevin cari ilin 1 mart tarixində Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclaslarında çıxışını Məşvərət Şurasının ötən illərdəki toplantıları zamanı biz həmişə enerji təhlükəsizliyi məsələlərini müzakirə etmişik. Azərbaycanın burada mövqeyi hər zaman ardıcıl olub – biz bunu hər bir ölkənin milli təhlükəsizlik məsələsi hesab edirik. Biz şaxələndirmə haqqında danışarkən mövqeyimiz hər zaman dəyişməz olub və bu gün də belədir – şaxələndirmə yalnız marşrutlara deyil, həm də mənbələrə şamil edilməlidir. Bu gün Avrasiyadakı geosiyasi vəziyyət məhz bizim gördüyümüz işlərin nə dərəcədə düzgün olduğunu sübut edir. Azərbaycana gəldikdə Cənub Qaz Dəhlizi tamamilə yeni marşrutdur. Bu gün ona artıq bir çox marşrutlar – interkonnektorlar əlavə edilib. Azərbaycan qazı yeni mənbədir. Yəni, biz burada, bu formatda, təşəbbüskarı olduğumuz bu layihədə enerjinin şaxələndirilməsi məsələlərinin tam şəkildə əhatə edildiyini görürük. Burada, “Gülüstan” sarayında sonuncu - bir il əvvəlki görüşümüzdən bu yana bir neçə mühüm hadisə baş verib. Bildiyiniz kimi, adətən Məşvərət Şurasının toplantıları zamanı bu qrup görülmüş işləri və qarşıda duran məsələlərin həlli baxımından görüləcək əlavə tədbirləri nəzərdən keçirir. Ən başlıcası isə atılacaq birgə addımları planlaşdırır. Ötən il baş verən vacib hadisələrdən biri Xəzər dənizinin Azərbaycana məxsus sektorunda, “Abşeron” qaz-kondensat yatağında təbii qazın kommersiya hasilatı oldu. Bu “Şahdəniz”dən sonra ikinci nəhəng qaz ehtiyatlarının kəşfi deməkdir. “Abşeron” qaz-kondensat yatağı bizim gələcək şaxələndirmə layihələrimizin resurs bazasını təşkil edəcək. “Abşeron” layihəsinin ilk fazası artıq təsdiq edilib. Biz orada illik hasilatın 1.5 milyard kubmetr həcmində olmasını gözləyirik. İkinci faza ilə bağlı razılıq əldə edildikdən sonra daha 4-5 milyard kubmetr həcm əlavə ediləcəkdir ki, onun böyük əksəriyyəti beynəlxalq bazarlara nəql olunacaq. Növbəti nailiyyət hesab etdiyim bir hadisə Azərbaycanın daha iki ölkə - Macarıstana və Serbiyaya qaz nəql etməsi oldu.

Beləliklə, bizim Avropaya qaz təchizatımızın coğrafiyası genişlənmiş oldu. Bu gün Azərbaycan 8 ölkəyə qaz nəql edir ki, onlardan altısı Avropa ölkəsidir. Ötən il Avropada istifadəyə verilmiş interkonnektor layihələrinin təməlində, ilk növbədə, Cənub Qaz Dəhlizi layihəsi dayanır. İkincisi isə onlar bizə Avropada mümkün qədər çox məntəqələri əhatə etməklə bağlı səylərimizi davam etdirməyə imkan verəcəkdir. Azərbaycan qazına olan mövcud tələbat var, ixtiyarımızda mənbələr var və nəqliyyat marşrutlarımız yerindədir. Yeri gəlmişkən, onu da deyim ki, ötən il ərzində türkiyəli dostlarımızla fəal kommunikasiya nəticəsində biz Türkiyə vasitəsilə Trans-Balkan boru kəməri sistemindən istifadə etmək razılığına gəldik. Bu isə şaxələndirmə layihəsi daxilində növbəti şaxələndirmə deməkdir. Daha artıq alternativlər və seçimlər ola bilər. Çünki onların hər biri enerjinin şaxələndirilməsi, enerji təhlükəsizliyinin maksimum səmərəliliklə təmin olunması kimi vahid məqsədə xidmət edir. Hesab edirəm ki, Azərbaycan etibarlı tərəfdaş olduğunu artıq sübut edib. Bizim sözümüz imzamız qədər dəyərlidir. Əminəm ki, qarşımıza qoyduğumuz bütün planlar həyata keçiriləcəkdir, çünki təkcə keçən ilin göstəriciləri bunun sübutudur cümlələri ilə ifadə etmişdir.

Vilayət Mirzəyev,
YAP Xətai rayon təşkilatının "R.Əliyev küçəsi 19" ünvanı üzrə ərazi partiya təşkilatının sədr müavini