Uzun zaman gözlənilən duet - ZAMİQ § ZÜLFİYYƏ "Sənlə mən"
Xalq artisti Zülfiyyə Xanbabayeva ilə müğənni Zamiq Hüseynov bir araya gəlib.
“İki sahil” xəbər verir ki, cütlüyü bu dəfə birləşdirən səbəb, uzun zamandır gözlənilən duetləridir.

Məşhurlar "Sənlə mən" adlı lirik nəğməyə romantik klip də çəkdirib. Eşq dolu bəstənin sözləri Kəmalə Rüstəmzal, musiqisi isə İsmayıl Əsədova aiddir. Romantik ab - havalı ekran işinin lentə alınması yenə də peşəkar rejissor Emin Muradova və məhz bu layihə üçün Türkiyədən dəvət olunan operator Eren Yıldıza həvalə olunub. Klipdə iki sevən şəxsin həsrət dolu sevgisi təcəssüm olunur.
Ekran işi qısa zamanda xeyli bəyəni sayı toplayıb. Hər iki ulduz bu layihələrinin də seviləcəyinin əminliyini ifadə edərək, məhz ruhlarının lirikaya yaxın olduğu üçün belə bir uğurlu iş ərsəyə gətirdiklərini söyləyib.
Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub
Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib
“Sənət inciləri”: növbəti mühazirə-konsert Xəzər Universitetində təşkil olunub
Limada Azərbaycanın mədəni irsi, turizm potensialı, milli dəyərləri və tarixi abidələri ictimaiyyətə təqdim olunub
Faiq Quliyev Zəlimxan Yaqubun ev-muzeyinin tikintisi ilə bağlı görülən işlərlə tanış olub