Mədəniyyət Nazirliyi və Azərbaycan Milli İncəsənət Muzeyinin təşkilatçılığı ilə keçirilən “Muzeydə musiqi” layihəsi çərçivəsində fevralın 28-də muzeydə növbəti konsert keçirilib.
Nazirlikdən "İki sahil"ə verilən xəbərə görə, “Milli musiqi gecəsi” adlı konsert proqramı Beynəlxalq Muğam Mərkəzi tərəfindən Əməkdar artist Sevinc Sarıyeva, xanəndələr Elgiz Əliyev, Murad Laçın, Səbinə Ərəbli, Günay İmamverdiyevanın iştirakı ilə təqdim olunub.
Xanəndələri tarda Rüstəm Müslümov, kamançada Elnur Salahov, balabanda Rəfael Əsgərov, qanun ifaçısı Məhta Məhəmmədəlizadə, nağarada Siyavuş Kərimov müşayiət ediblər.
Böyük maraqla qarşılanan konsert proqramı, həmçinin "Salam, Novruz!" sərgisində nümayiş etdirilən milli musiqi alətləri təsvir olunmuş əsərlər haqqında tematik ekskursiya ilə müşayiət olunub.
Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub
Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib
“Sənət inciləri”: növbəti mühazirə-konsert Xəzər Universitetində təşkil olunub
Limada Azərbaycanın mədəni irsi, turizm potensialı, milli dəyərləri və tarixi abidələri ictimaiyyətə təqdim olunub
Faiq Quliyev Zəlimxan Yaqubun ev-muzeyinin tikintisi ilə bağlı görülən işlərlə tanış olub