Rusiya Prezidenti Vladimir Putin Türkiyəyə səfərini çox gecikdirməyəcək.
“İki sahil” xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan rusiyalı həmkarı ilə telefon danışığından sonra jurnalistlərə açıqlamasında deyib.
"O, mənə səfəri gecikdirməyəcəyini bildirdi. Türkiyənin beynəlxalq platformadakı mühüm rolunu israrla qeyd etdi və iki ölkə arasında əlaqələrin qətiyyətlə davam etdirilməsindən məmnun olduğunu bildirdi", - Türkiyə Prezidenti vurğulayıb.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putinin fevralın 12-də Türkiyəyə səfəri təxirə salınıb.