26 fevral 2024 10:44
330

Mövlud Çavuşoğlu: Xocalıda törədilən bəşəri cinayətləri unutmayacağıq

"32 il əvvəl dünyanın gözü qarşısında Xocalıda törədilən bəşəri cinayətləri unutmadıq, unutmayacağıq".

“İki sahil” xəbər verir ki, bunu Türkiyənin keçmiş xarici işlər naziri, ölkənin NATO-dakı nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğlu Xocalı faciəsinin 32-ci ildönümü ilə bağlı “X” hesabında yazdığı başsağlığında bildirib.

“Can Azərbaycanın kədəri kədərimizdir. Xocalı şəhidlərimizi rəhmətlə anırıq”, - o qeyd edib.