24 fevral 2024 14:47
389

Xocalı soyqırımı zamanı itkin düşənlərin sayı 196 nəfərə çatıb

Xocalı soyqırımı zamanı itkin düşənlərin sayı196 nəfərə çatıb.

“İki sahil” xəbər verir ki, bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası İşçi qrupunun rəhbərinin müavini Eldar Səmədov deyib.

O qeyd edib ki, torpaqlarımız işğaldan azad olunandan sonra Dövlət Komissiyasına itkinlərlə bağlı yeni müraciətlər daxil olur: "Lakin təhlil apardıqda məlum olur ki, itkilərin sayı artacaq və 200 nəfəri keçəcək".