20 fevral 2024 16:24
812

Valideyn uşağının bullinqə məruz qalmasını necə aşkara çıxarmalıdır? - PSİXOLOQ DETALLARI AÇIQLADI/ÖZƏL

Bildiyimiz kimi, yeniyetməlik dönəmlərində bullinq daha çox özünü göstərə bilər. Bu, yeniyetmə yaş dövrünün, onun verdiyi bir sıra  psixoloji narahatlıqlardan irəli gələ bilər. Düzgün olunmayan tərbiyənin uşaqlara verdiyi  psixoloji narahatlıqlar, davranış pozuntusu, çətin tərbiyə olunan uşaqlar, eyni zamanda, boşanmış ailələrin uşaqları,  ailə nəzarətindən kənarda qalan uşaqlar, özünü təsdiq etməyən yeniyetmələr bullinq yaranmasına səbəb olur.  

Bu fikirləri “İki sahil”ə açıqlamasında Soul Psixologiya və Nitq inkişaf mərkəzinin rəhbəri, 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasında psixoloqu  Ofelya Məmmədova söyləyib.

 

Bullinq – uşaqların incidilməsinə səbəb olan ixtiyari və təkrar olaraq törədilmiş aqressiv davranışdır.
 
Bütün uşaqlar tez və ya gec bullinqlə rastaşırlar: ya qurban, ya incidilən şəxs və ya şahid kimi. Bütün bu rollar uşağın şəxsiyyətinə dağıdıcı təsir edir.

Bullinqin bir neçə növü fərqləndirilmişdir.

Bullinq nədir ?!
Bullinq:
kiməsə rişxənd etmək, istehza etmək, lağ etmək, hədə-qorxu gəlmək, kiminləsə öcəşmək, kimisə ələ salmaq, incitmək, küsdürmək, qorxutmaq, vahiməyə salmaq, çaşdırmaq, ürkütmək, ayrı-seçkiliyə məruz qoymaq
Məktəbdə rast gəlinən Bullinq  halları
• Ən çox rast gəlinən psixoloji Bullinqdir: sözlə təhqir etmə, alçaltma,o cümlədən qorxutma, hədələmə. Uşağı digərləri ilə müqayisə edəndə, onun xarici görünüşünə rişxənd edəndə, lağa qoyanda, küncə qoyanda, həmçinin uşağın fikirlərinə kinayəli yanaşdıqda da şagird psixoloji zorakılığa məruz qalmış olur;
•zorla, hədələməklə pul və əşyaların əlindən alınması;
•yuxarı sinif şagirdləri tərəfindən kiçik yaşlı uşaqların istismarı, işlədilməsi;
•məktəbdə döyülmə. Bura müəllimlərin uşağı vurması (həmçinin, göstərici çubuqla), qulağını burması, sillə çəkməsi də aiddir;
•cinsi Bullinq  (məktəbin əməkdaşları, yuxarı sinif şagirdlər

Psixoloqun sözlərinə görə, son zamanlar məktəblilər arasında  hər hansı bir “maraqlı” faktı çəkib sosial şəbəkələrdə paylaşmaq sanki yarış halına gəlib. Təəssüf ki, belə hala tez-tez rast gəlinir.  Mütəxəssis diqqətə çatdırdı ki, məktəblilər arasında rast gəlinən bulinq növləri çoxdur. Uşaqlar arasında ən çox yayılan bulinq isə psixoloji bulinqdir. Bu zaman tərəflərdən biri digərini sözlə, fiziki, psixoloji şiddətlə, alçaldıcı sözlərlə,  fizioloji qüsurları üzə vurmaqla, hər hansı fiziki şiddət göstərməklə, və yaxud da ki, əks cinsi qarşısında xoş olmayan sözlər deməklə  duyğulara təsir etmək, onları bir növ mənəvi alçatmaq kimi bullinqlərə məruz qoyurlar. 

Uşağın məktəbdən qaçması,  dərsdən yayınması, özünə qapanması, sakit olması valideynə siqnal ötürür ki, uşaq məktəbdə müəllimlər və yaxud da şagirdlər tərəfindən hər hansı bulinqə məruz qalıb

“Valideyn uşağının bullinqə məruz qalmasını  necə aşkara çıxarmalıdır” sualına psixoloq Ofelya Məmmədova  belə cavab verdi: “Məktəblilər arasında artan təzyiq və aqressiv davranışlar onların psixologiyasına vurduğu mənfi təsiri ilk növbədə valideyn aşkar etməlidir. Çünki uşağın məktəbə getməməsi, məktəbdə problemin olduğunu bu şəkildə göstərir. Yəni, uşağın məktəbdən qaçması,  dərsdən yayınması, özünə qapanması, sakit olması valideynə siqnal ötürür ki, uşaq məktəbdə müəllimlər və yaxud da şagirdlər tərəfindən hər hansı bulinqə məruz qalıbdır. Bunun üçün də  valideny uşaqlarda özünəqapanma, həyəcan təşvişinin artması, gecə qorxuları, enurez(qeyri-ixtiyari sidik ifrazı), ünsiyyətdə problem, ailədaxili münaqişələrin yaranması, bacı-qardaşlarına qarşı şiddətin artması, tək yatmaq qorxusu, aqressiyaların çoxalması, yuxudan qorxu ilə  ayılması kimi hallar gördükdə düşünməlidir ki, uşaq artıq əvvəlki kimi deyil. Valideyn dərk etməlidir və aşkara çıxarmalıdır ki, mənim  uşağım məktəbdə kimlərsə tərəfindən bullinqə məruz qalır. 

Yaqut Ağaşahqızı, “İki sahil”