İstedadlı ifaçı Mehin Hümbətova 2024-cü ildə ilk layihəsini təqdim edib.
“İki sahil” xəbər verir ki, müğənni İstanbulun Cihangir küçəsində lentə alınan "Sus" adlı yeni mahnı və klipini izləyicilərin ixtiyarına verib.
Kliplə yanaşı M.Hümbətova yeni fotosessiyasını da təqdim edib. İfaçının qlamur fotosessiyası məşhur türk fotoqraf Alper Deniz tərəfindən lentə alınıb.
Ekran işi üzərində Türkiyədən olan 25 nəfərlik peşəkar komanda çalışıb. Bütün geyimlər və aksessuarlar xüsusi olaraq hazırlanıb.
Mahnının söz və musiqisi Rzzaya məxsusdur. Ekran işinin rejissoru Ahmet Can Tekin, operatoru isə Can Doludur. Layihənin prodüseri Vüqar Hüsiyevdir.
Mahnı və klip Mehin Hümbətovanın yutub kanalında və bütün rəqəmsal platformalarda yerləşdirilib.
Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub
Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib
“Sənət inciləri”: növbəti mühazirə-konsert Xəzər Universitetində təşkil olunub
Limada Azərbaycanın mədəni irsi, turizm potensialı, milli dəyərləri və tarixi abidələri ictimaiyyətə təqdim olunub
Faiq Quliyev Zəlimxan Yaqubun ev-muzeyinin tikintisi ilə bağlı görülən işlərlə tanış olub