Tanınmış müğənni Zamiq Hüseynov növbəti ekran əsəri ilə ürəkləri fəth edib. Belə ki, sənətçi "Səni gözləyirəm" adlı yeni mahnıya çəkilən klipini yayımlayıb.

“İki sahil” xəbər verir ki, mərhum şair İsa Körpülünün (İsa Mansurov) “Səni gözləyirəm” şerinə, xalq artisti, bəstəkar Faiq Sücəddinovun bəstələdiyi musiqi dinləyicilərə təqdim edilib və qısa zamanda sevilib.
Onu da qeyd edək ki, ekran işinin rejissorluğu yenə də Emin Muradova həvalə olunub. Musiqinin sözləri həm də 1990-cı illərdə Qarabağda nakam bitmiş bütün sevdaları canlandırması ilə diqqəti cəlb edir. Klipin süjet xəttində bir - birini sevən iki gəncin yaşadığı dərin eşqi, yaşa dolanda belə qovuşmaz, iztirablı sevgisi əks olunub. Geniş kollektivin əməyi hesabına ərsəyə gəlmiş sənət əsəri ilk gündən böyük dinlənmə sayı qazanıb.
Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub
Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib
“Sənət inciləri”: növbəti mühazirə-konsert Xəzər Universitetində təşkil olunub
Limada Azərbaycanın mədəni irsi, turizm potensialı, milli dəyərləri və tarixi abidələri ictimaiyyətə təqdim olunub
Faiq Quliyev Zəlimxan Yaqubun ev-muzeyinin tikintisi ilə bağlı görülən işlərlə tanış olub