“İRƏLİ” İctimai Birliyinin dəstəyi ilə Əməkdar incəsənət xadimi, bəstəkar Aydın Əzimin sinfinin təqdimatında şair-rəssam Adil Mirseyidin xatirəsinə həsr olunmuş “Umud çiçəkləri” adlı konsert-sərgi keçiriləcək.
“İki sahil” xəbər verir ki, bu barədə Birliyin Mətbuat xidmətindən bildirilib. Fevralın 19-u saat 19:00-da Beynəlxalq Muğam Mərkəzində baş tutacaq tədbirdə şair-rəssam Adil Mirseyidin rəsm əsərləri sərgilənəcək.
Konsert-sərginin bədii hissəsində bəstəkar Aydın Əzim və tələbələri Türkər Qasımzadə, Azər Hacıəsgərli, Aysel Əzizova, Natiq Muradxanlı, Rüzgar Əhmədzadə, Rəbiyə İmanquliyeva, Röya Hüseynova, Sara Dilruba və Ülkər Aşurbəylinin təqdimatında müxtəlif musiqi nümunələri təqdim olunacaq.
Qeyd edək ki, tədbirdə iştirak etmək istəyənlər biletləri şəhərin kassalarından və iticket.az saytından əldə edə bilərlər.
Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub
Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib
“Sənət inciləri”: növbəti mühazirə-konsert Xəzər Universitetində təşkil olunub
Limada Azərbaycanın mədəni irsi, turizm potensialı, milli dəyərləri və tarixi abidələri ictimaiyyətə təqdim olunub
Faiq Quliyev Zəlimxan Yaqubun ev-muzeyinin tikintisi ilə bağlı görülən işlərlə tanış olub