Ötən il cəmi iki peşəkar qısametrajlı animasiya filmi istehsal olunub.
“İki sahil” xəbər verir ki, bu barədə "Azərbaycan Animasiya Assosiasiyası" İctimai Birliyinin 2023-cü il üçün olan hesabatında bildirilib.
Qeyd olunub ki, animasiya kinosu sahəsi üzrə bir neçə problem gündəmdə qalır və onların həlli üçün ciddi addımlar atılması vacibdir:
"2023-cü ildə istehsal olunan cəmi bir peşəkar film beynəlxalq festivallarda iştirak edib, bu isə qənaətbəxş nəticə deyil. İndiyə kimi tammetrajlı animasiya filmi çəkilməyib. Animasiya kinosu üzrə hər hansı bir qanun yoxdur. Məsələn, televiziya kanalları kifayət qədər animasiya filmləri göstərmirlər (Audiovizual Şuranın məlumatına əsasən) və TV-lərin animasiya istehsalı üzrə hər hansı bir rəsmi kvotası mövcud deyil. Animasiya studiyalarına heç bir vergi güzəştləri tətbiq olunmur".
Hesabatda həmçinin Kino Agentliyinin (ARKA) animasiya kinosuna kifayət qədər dəstək vermədiyi vurğulayıb: "2023-cü ildə ARKA-nın dəstəyi ilə heç bir animasiya filmi istehsal olunmayıb. 2023-cü ildə keçirilən müsabiqədə isə cəmi iki qısametrajlı animasiya filmi qalib gəlib, amma indiyə qədər maliyyə vəsaiti almayıb".
Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub
Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib
“Sənət inciləri”: növbəti mühazirə-konsert Xəzər Universitetində təşkil olunub
Limada Azərbaycanın mədəni irsi, turizm potensialı, milli dəyərləri və tarixi abidələri ictimaiyyətə təqdim olunub
Faiq Quliyev Zəlimxan Yaqubun ev-muzeyinin tikintisi ilə bağlı görülən işlərlə tanış olub