M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində dahi rus bəstəkarı Nikolay Andreyeviç Rimski-Korsakovun 180 illiyinə həsr olunmuş konsert keçirilib.
“İki sahil” xəbər verir ki, konsert Xalq artisti, dirijor Yalçın Adıgözəlovun rəhbərliyi, Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə təqdim edilib.
Bəstəkarın “Şəhrizad” simfonik Süitası op.35, “Mlada” opera-baletindən “Yürüş”, “Çar gəlini” operasından “Marfa və Qryaznoyun ariyası”, “İspan kapriççiosu” op.34 adlı əsərləri səsləndirilib.
Konsertin solistləri respublika və Beynəlxalq müsabiqələr laureatları Fatimə Cəfərzadə və Mahir Tağızadənin ifaları dinləyicilərin alqışları ilə qarşılanıb.
Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub
Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib
“Sənət inciləri”: növbəti mühazirə-konsert Xəzər Universitetində təşkil olunub
Limada Azərbaycanın mədəni irsi, turizm potensialı, milli dəyərləri və tarixi abidələri ictimaiyyətə təqdim olunub
Faiq Quliyev Zəlimxan Yaqubun ev-muzeyinin tikintisi ilə bağlı görülən işlərlə tanış olub