Mədəniyyət Nazirliyində Azərbaycan Memarlar İttifaqı idarə heyətinin sədri Əməkdar memar Elbay Qasımzadəyə 2-ci dərəcəli “Əmək” ordeni təqdim olunub.
Bu barədə "İki sahil"ə nazirlikdən məlumat verilib.
Mədəniyyət naziri Adil Kərimli E.Qasımzadəyə yüksək dövlət təltifi münasibətilə təbriklərini çatdırıb. Qeyd olunub ki, Azərbaycanda memarlıq sahəsinin inkişafında onun mühüm xidmətləri var. Uzun illər paytaxtımızın baş memarı olmuş Elbay Qasımzadənin əməyi dövlətimiz tərəfindən həmişə yüksək qiymətləndirilib. O bundan əvvəl “Şöhrət” (2000) və “Şərəf” (2018) ordenləri təltif edilib.
E.Qasımzadə fəaliyyətinə verilən böyük dəyərə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.
Sonda nazir dövlət təltifini memara təqdim edib, xatirə şəkli çəkdirilib.
Qeyd edək ki, tanınmış memar Prezident İlham Əliyevin 25 dekabr 2023-cü il tarixli sərəncamı ilə bu ordenə layiq görülüb.
“Türkün gücü tükənməz” – Qarabağda quruculuğa Türk Dünyasının qardaşlıq imzası
Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub
Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib
“Sənət inciləri”: növbəti mühazirə-konsert Xəzər Universitetində təşkil olunub