Bu gün Misli Premyer Liqasının 20-ci turu çərçivəsində “Neftçi” “Qəbələ”ni qəbul edib.
“İki sahil” xəbər verir ki, oyunun 61-ci dəqiqəsində penaltini dəqiq yerinə yetirən Emin Mahmudov hesabı açıb. 67-ci dəqiqədə isə Dieqo Valdez “Neftçi”nin üstünlüyünü iki topa yüksəldib.
Yarışın 87-ci dəqiqəsində Emil Səfərov fərqi minimuma endirsə də 90+5-ci dəqiqədə Brayan Moreno yendən Meydan sahiblərinin üstünlüyünü iki topa yüksəldib – 3-1.
Qarşılaşma bu hesabla da başa çatıb.
Misli Premyer Liqası,
20-ci tur
28 yanvar (bazar)
17:30. “Neftçi” 3–1 “Qəbələ”
Qollar: Emin Mahmudov, 61-pen.(1:0), Dieqo Valdez, 67 (2:0), Emil Səfərov, 87 (2:1), Brayan Moreno, 90+5 (3:1)
Qırmızı vərəqə: Zurab Oçiqava, 59 ("Qəbələ")
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Rəhman İmami, Vüqar Həsənli
“Neftçi Arena”