Bu gün Misli Premyer Liqasının 20-ci turu çərçivəsində "Araz-Naxçıvan" "Sumqayıt"ı qəbul edib.
“İki sahil” xəbər verir ki, yarışın 45-ci dəqiqəsində İsa Suliman qonaqları hesabda önə çıxarıb. 59-cu dəqiqədə isə Vanderson Melo naxçıvanlıların bərabərlik qolunu vurub.
Oyun bu hesabla da başa çatıb.
Misli Premyer Liqası,
20-ci tur
28 yanvar (bazar)
15:00. “Araz-Naxçıvan” 1–1 “Sumqayıt”
Qollar: İsa Suliman, 45 (0:1), Vanderson Melo, 59 (1:1)
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Teymur Teymurov, Kamran Əliyev
“Dalğa Arena”