Misli Premyer Liqasında 20-ci turu çərçivəsində “Zirə” “Sabah”ı qəbul edib.
“İki sahil” xəbər verir ki, 44-cü dəqiqəsində Elvin Camalovun ikinci sarı vərəqə alaraq komandasını azlıqda qoyduğu oyunun 90+9-cu dəqiqəsində penaltini dəqiq yerinə yetirən Sofian Çakla “Sabah”ın qələbə qolunu vurub.
Qeyd edək ki, turun digər iki görüşü yanvarın 28-də keçiriləcək.
Misli Premyer Liqası,
20-ci tur
27 yanvar (şənbə)
17:30. “Zirə” 0–1 “Sabah”
Qol: Sofian Çakla, 90+10-pen.
Qırmızı vərəqə: Elvin Camalov, 44-iki sarı vərəqə ("Sabah")
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Müslüm Əliyev, Elçin Məsiyev
Zirə İdman Kompleksinin stadionu