Misli Premyer Liqasında 20-ci turu çərçivəsində "Qarabağ" "Kəpəz"in qonağı olub.
“İki sahil” xəbər verir ki, qarşılaşmanın 72-ci dəqiqəsində “Kəpəz”in futbolçusu Olavale Onanuqa hesabı açsa da 79-cu dəqiqəsində Olavio Juninyo “Qarabağ”ın bərabərlik qolunu vurub.
Oyunda son nöqtəni 90+6-cı dəqiqədə Toral Bayramov qoyub – 1-2.
Qeyd edək ki, turun digər iki görüşü yanvarın 28-də keçiriləcək.
Misli Premyer Liqası,
20-ci tur
27 yanvar (şənbə)
15:00. “Kəpəz” 1–2 “Qarabağ”
Qollar: Olavale Onanuqa, 72 (1:0), Olavio Juninyo, 79 (1:1), Toral Bayramov, 90+6-pen.(1:2)Hakimlər: Nicat İsmayıllı, Eyyub İbrahimov, Zöhrab Abbasov, İslam Məmmədov
Qəbələ şəhər stadionu