27 yanvar 2024 11:32
318

"Fənərbaxça" Çağlar Söyüncünün transferini açıqladı

"Fənərbaxça" "Atletiko"nun müdafiəçisi Çağlar Söyüncünün transferini həll edib.

“İki sahil” xəbər verir ki, Türkiyə millisinin üzvü yeni klubu ilə müqavilə bağlamaq üçün gecə saatlarında İstanbulla yollanıb. Bu barədə "Fənərbaxça"nın mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, 27 yaşlı futbolçu ötən ilin yayında "Lester"dən ayrılıb və azad agent kimi "Atletiko"ya keçib. O, bu mövsüm La Liqada cəmi 6 oyuna çıxıb.