27 yanvar 2024 10:00
320

Misli Premyer Liqasında oyun günü

Misli Premyer Liqasında 20-ci turun oyunları davam edir.

“İki sahil” xəbər verir ki, bu gün daha iki matç keçiriləcək. Əvvəlcə lider "Qarabağ" "Kəpəz"in qonağı olacaq. Oyun saat 15:00-da başlayacaq.

Günün digər qarşılaşmasında "Zirə" "Sabah"ı qəbul edəcək. Oyunun start fiti saat 17:30-da veriləcək. 

Qeyd edək ki, turun digər iki görüşü yanvarın 28-də keçiriləcək.

Misli Premyer Liqası,

20-ci tur

27 yanvar (şənbə)

15:00. “Kəpəz” – “Qarabağ”
Hakimlər: Nicat İsmayıllı, Eyyub İbrahimov, Zöhrab Abbasov, İslam Məmmədov
Qəbələ şəhər stadionu

17:30. “Zirə” – “Sabah”
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Müslüm Əliyev, Elçin Məsiyev
Zirə İdman Kompleksinin stadionu

28 yanvar (bazar)

15:00. “Araz-Naxçıvan” – “Sumqayıt”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Teymur Teymurov, Kamran Əliyev
“Dalğa Arena”

17:30. “Neftçi”– “Qəbələ”
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Rəhman İmami, Vüqar Həsənli
“Neftçi Arena”

26 yanvar (cümə)

“Turan Tovuz” 3–1 “Səbail”