26 yanvar 2024 12:16
430

Avstraliya Açıq çempionatı: Novak Cokoviç mübarizəni dayandırıb

Serbiyalı tennisçi Novak Cokoviç Avstraliya Açıq çempionatında mübarizəni dayandırıb.

“İki sahil” xəbər verir ki, dünyanın 1 nömrəli raketka ustası yarımfinalda italiyalı Yannik Sinnerə uduzub.

Cokoviç rəqibinə 1:3 (1:6, 2:6, 7:6, 3:6) hesabı ilə məğlub olub.

Sinner finalda Daniil Medvedev (Rusiya) - Aleksandr Zverev (Almaniya) cütünün qalibi ilə üz-üzə gələcək.

Final yanvarın 28-də baş tutacaq.