25 yanvar 2024 15:32
350

"Yuventus"dan "Atletiko"ya

"Yuventus"un hücumçusu Moyze Kin karyerasını İspaniya La Liqasında davam etdirəcək.

“İki sahil” xəbər verir ki, bu barədə jurnalist Fabrizio Romano məlumat verib .

23 yaşlı futbolçu icarə əsasında "Atletiko"ya keçəcək. "Yuventus" artıq Madrid klubu ilə transfer barədə razılığa gəlib. "Atletiko" "qoca sinoriya"ya 500 min avro ödəyəcək.

Moyze Kin bu mövsüm "Yuventus"un heyətində A seriyasında 12 matça çıxıb.