24 yanvar 2024 11:50
294

Qana milli komandasının baş məşqçisi istefaya göndərildi

Qana milli komandasının baş məşqçisi Kris Hyütonu istefaya göndərilib.

“İki sahil” xəbər verir ki, bu barədə Qana Futbol Federasiyası məlumat yayıb. Qurumun belə qərar verməsinə səbəb yığmanın  Afrika Millətlər Kubokunun qrup mərhələsindəki matçlarının heç birində qalib gəlməməsi olub. Qana millisi artıq pley-offa çıxmaq şansını itirib. 

Qana B qrupunda cəmi 2 xal toplamağı bacarıb.

Kris Hyüton ötən ildən bu komandanın baş məşqçisi idi.