23 yanvar 2024 15:47
330

Laporta "Real"dan şikayət etdi

"Barselona"nın prezidenti Joan Laporta "Real"ın hakimlərə qarşı davranışından narazıdır.

“İki sahil” xəbər verir ki, o, bu narazılığını bildirmək üçün RFEF-in səlahiyyətlərini icra edən Pedro Roşa ilə əlaqə saxlayıb. Bu barədə "Mundo Deportivo" məlumat yayıb.

Laporta israrla bildirib ki, Madrid klubu televiziyası ispan hakimlərin oyundan sonrakı hərəkətlərini təhlil edərək onlara ciddi təzyiq göstərir.

Həmçinin Kataloniya klubunun prezidenti hakimlər korpusunu da "Real"ın təzyiqlərinə cavab vermədiyi üçün passivlikdə ittiham edib. Laporta xüsusilə də İspaniya La Liqasının 21-ci turunda "Real" - "Almeriya" (3:2) matçında hakimlərin ev sahiblərinin xeyrinə qərarlar verdiyini düşünür.