23 yanvar 2024 13:50
284

Bu il Şuşada kütləvi idman tədbirləri keçiriləcək

Şuşa şəhərinin 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı kütləvi idman tədbirləri keçiriləcək.

“İki sahil”in məlumatına görə, bu, Baş nazir Əli Əsədovun təsdiqlədiyi “Şuşa şəhərinin 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nda əksini tapıb.

Bununla bağlı Gənclər və İdman Nazirliyi, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinə tapşırıq verilib.