23 yanvar 2024 10:10
297

"Qəbələ" "Sumqayıt"a, "Qarabağ" "Araz-Naxçıvan"a qarşı

Bu gün Misli Premyer Liqasında 19-cu tura yekun vurulacaq.

“İki sahil” xəbər verir ki, sonuncu - 3-cü oyun günündə 2 matç keçiriləcək. Əvvəlcə "Sumqayıt" "Qəbələ"nin qonağı olacaq. Oyun saat 16:30-da başlayacaq.

Turun son görüşündə isə "Qarabağ" "Araz-Naxçıvan"ı qəbul edəcək. Bu oyun isə saat 19:00-da start götürəcək.

Misli Premyer Liqası,

19-cu tur

23 yanvar (çərşənbə axşamı)

16:30. “Qəbələ” – “Sumqayıt”

Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Zöhrab Abbasov, İslam Məmmədov

Qəbələ şəhər stadionu

19:00. “Qarabağ” – “Araz-Naxçıvan”

Hakimlər: Rauf Allahverdiyev, Namiq Hüseynov, Pərvin Talıbov, Kamran Əliyev

Tofiq Bəhramov adına Respublika Stadionu 

21 yanvar (bazar)

“Sabah” – “Neftçi” - 0:0

22 yanvar (bazar ertəsi)

“Kəpəz” – “Turan Tovuz” - 2:1

“Səbail” – “Zirə” - 0:0