22 yanvar 2024 12:38
324

Salah millidən ayrılıb Liverpula qayıdır

Misir millisinin və "Liverpul"un futbolçusu Məhəmməd Salah yığmanın düçərgəsini tərk edəcək.

“İki sahil” xəbər verir ki, bunu "Liverpul"un baş məşqçisi Yurgen Klopp  İngilərə mətbuatına açıqlamsında deyib.

O, Salahın zədəsini sağaldana qədər Mersisayd klubunun düşərgəsinə olacağını bildirib: "Salah "Liverpul"da reabilitasiya keçməyi planlaşdırır. Əgər o, Afrika Millətlər Kubokunun finalına qədər hazır olsa, yəqin ki, yığmaya qayıdacaq”. 

Xatırladaq ki, Salah Afrika Millətlər Kubokunun qrup mərhələsinin 2-ci turunun Qana ilə oyununda (2:2) zədələnərək əvəzlənib. Onun belindən zədə aldığı bildirilir.