Misli Premyer Liqasında 19-cu tur davam edir.
“İki sahil” xəbər verir ki, 2-ci oyun günündə 2 matç keçiriləcək. Əvvəlcə "Səbail" "Zirə"ni qəbul edəcək. Bu oyun saat 15:00-da başlayacaq.
Bu gün həmçinin Qərb derbisi də oynanılacaq. "Turan Tovuz" "Kəpəz"in qonağı olacaq. Sözügedən matç saat 17:30-da start götürəcək.
22 yanvar (bazar ertəsi)
15:00. “Səbail” – “Zirə”
“ASCO Arena”
17:30. “Kəpəz” – “Turan Tovuz”
Qəbələ şəhər stadionu
23 yanvar (çərşənbə axşamı)
16:30. “Qəbələ” – “Sumqayıt”
Qəbələ şəhər stadionu
19:00. “Qarabağ” – “Araz-Naxçıvan”
Tofiq Bəhramov adına Respublika Stadionu
21 yanvar (bazar)
“Sabah” – “Neftçi” - 0:0