Azərbaycanlı skripkaçı Fransanın paytaxtı Parisdə keçirilən “Yeni ulduzlar” müsabiqəsinin qaliblərinin konsertində çıxış edib.
“İki sahil” xəbər verir ki, beynəlxalq müsabiqələr laureatı, skripkaçı Surə Rüfət Parisin Notr-Dam-d'Esperans kilsəsində “Yeni ulduzlar” müsabiqəsinin qaliblərinin konsertində Azərbaycanı təmsil edib.
Gənc virtuozlar Antonio Vivaldi, Sebastyan Bax, Volfqanq Motsart və digər bəstəkarların əsərlərini ifa ediblər.
Azərbaycanlı gənc və istedadlı musiqiçinin ifası alqışlarla qarşılanıb. Surə öz parlaq və yaddaqalan ifası ilə dinləyicilərin ruhunu oxşaya bilib.
Qeyd edək ki, azərbaycanlı skripkaçı müxtəlif ölkələrdə, o cümlədən Belçika, İsveçrə, İngiltərə, Fransada keçirilmiş bir çox beynəlxalq müsabiqələrin qalibi olub.
“Türkün gücü tükənməz” – Qarabağda quruculuğa Türk Dünyasının qardaşlıq imzası
Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub
Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib
“Sənət inciləri”: növbəti mühazirə-konsert Xəzər Universitetində təşkil olunub