21 yanvar 2024 23:41
779

"Liverpul"dan darmadağın

İngiltərə Premyer Liqasında 21-ci tur davam edir.

“İki sahil” xəbər verir ki, 4-cü oyun günündə 2 qarşılaşma keçirilib. "Şeffild Yunayted" - "Vest Hem" oyununda qalib müəyyənləşməyib - 2:2.

"Liverpul" isə səfərdə "Bornmut"u darmadağın edib - 4:0. 

Qeyd edək ki, hazırda "Liverpul" turnir cədvəlində 48 xalla liderdir (21 oyun). "Vest Hem" 35 xalla 6-cı (21 oyun), "Bornmut" 25 xalla 12-ci (20 oyun), "Şeffild Yunayted" isə 10 xalla sonuncu - 20-cidir (21 oyun).

İngiltərə Premyer Liqası,

21-ci tur

21 yanvar

"Şeffild Yunayted" - "Vest Hem" - 2:2
Qollar: Brereton, 44, Makburnie, 90+13 - Konnet, 28, Ceyms, 79.

"Bornmut" - "Liverpul" - 0:4
Qollar: Nunez, 49, 90+3, Yota, 71, 80.