21 yanvar 2024 23:23
341

"Real" çətin qələbə ilə liderliyə yüksəldi

"Real" La Liqada 21-ci tur oyununa çıxıb.

“İki sahil” xəbər verir ki, Madrid təmsilçisi evdə "Almeriya" ilə qarşılaşıb. Gərgin keçən matçda "Real" 90+9-cu dəqiqədə vurduğu qolla qalib gəlib - 3:2.

Bununla da "Real" xallarının sayını 51-ə çatdırıb (20 oyun) və "Jirona"nı qabaqlayaraq (49 xal, 20 oyun) liderliyə yüksəlib. "Almeriya" isə 6 xalla (21 oyun) sonuncu - 20-cidir. 

La Liqa,

21-ci tur

"Real" - "Almeriya" - 3:2

Qollar: Bellinqem, 57-pen; Junior, 67, Karvahal, 90+9 - Ramazani, 1, Qonzales, 43

"Santyaqo Bernabeu"