21 yanvar 2024 23:07
318

“Qarabağ” - “Araz-Naxçıvan” oyununun biletləri satışa çıxarılır

Misli Premyer Liqasının XIX turunda keçiriləcək “Qarabağ” - “Araz-Naxçıvan” qarşılaşmasının biletləri sabah saat 14:00-dan Iticket.az saytında satışa çıxarılacaq.

“İki sahil” xəbər verir ki, biletlərin qiyməti sektorlara uyğun olaraq 3, 7 və 15 manat təşkil edir.

Biletlər sabah Iticket.az-da onlayn, həmçinin oyun günü Tofiq Bəhramov adına Respublika Stadionunun kassalarında da satışda olacaq.