21 yanvar 2024 20:28
324

“Neftçi” daha bir transferini açıqlayıb

"Neftçi" heyətini daha bir futbolçu ilə gücləndirib.

Klubdan “İki sahil”ə verilən məlumata görə, paytaxt təmsilçisi kolumbiyalı hücumçu Brayan Morenonu transfer edib.

24 yaşlı futbolçu ilə 1,5 illik müqavilə imzalanıb.

Qeyd edək ki, "ağ-qaralar" daha əvvəl Syerra-Leone millisinin üzvü Alfa Konteni sıralarına cəlb edib.