21 yanvar 2024 17:13
297

Azərbaycan klubu yeni basketbolçu transfer edib

Azərbaycan Basketbol Liqasında çıxış edən "Xəzri" klubu heyətini yeni oyunçu ilə gücləndirib.

Paytaxt təmsilçisindən “İki sahil”ə verilən məlumata görə, ABŞ-dən olan Yusuf Muhammedlə müqavilə imzalanıb.

26 yaşlı oyunçu daha əvvəl Slovakiyanın “Komarno” komandasının formasını geyinib.