21 yanvar 2024 14:45
376

Kam'Ron Blu "Sabah"da

"Sabah" basketbol klubu heyətini yeni oyunçu ilə gücləndirib.

Klubdan “İki sahil”ə verilən məlumata görə, paytaxt təmsilçisi 23 yaşlı amerikalı basketbolçu Kam'Ron Blu ilə mövsümün sonunadək müqavilə imzalayıb.

Blu son mövsümü Milli Kollec Atletika Assosiasiyasının (NCAA) I Divizionunda mübarizə aparan "Koppin State Eaqles"də keçirib.