21 yanvar 2024 14:19
263

Ronaldu Messinin komandasına qarşı oyunu buraxa bilər

Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunda çıxış edən Kriştianu Ronaldunun Lionel Messinin formasını geyindiyi ABŞ təmsilçisi "İnter Mayami"yə qarşı yoldaşlıq oyununu buraxmaq ehtimalı var.

“İki sahil” AS-a istinadən xəbər verir ki, buna 38 yaşlı hücumçunun zədələnməsi səbəb olub.

Baldır əzələsindən xəsarət alan portuqaliyalı forvardın bərpa müddəti bir neçə həftə çəkə bilər.

Qeyd edək ki, "Əl-Nəsr" - "İnter Mayami" görüşü fevralın 1-də Ər-Riyada olacaq.